Qeydiyyat
MEDVİDEO
Video

Biyonik göz - Həkim- Oftalmoloq. Dr. Kərim Hüseynov

Tam itirilmiş görmənin bərpası mümkündürmü?
Korluğun müalicəsi varmı?

Göz - insan həyatı üçün mühüm olan, görmə funksiyasını həyata keçirən əsas duyğu orqanıdır. Lakin bəzi xəstəliklər(torlu qişanın distrofik xəstəlikləri, yaşa bağlı makula degenerasiyası, qlaukoma-qarasu, travma və s.) insanların görməsinin itməsinə yəni, korluğa səbəb olur . Bildiyimiz kimi müasir tibbdə bir çox xəstəliklərin müalicəsi mümükündür. İnsanları düşündürən sual isə budur. Korluğun müalicəsi varmı? Bu mövzuda kifayət qədər araşdırmalar mövcuddur.Kök hüceyrələrlə çox saylı tədqiqatlar aparılsada, gözə bir çip yerləşdirilərək görmənin təkrar qaytarılması yəni bionik göz nəzəriyyəsi daha yaxşı nəticələr verməkdədir.Hazırda Epiretinal, Subretinal, supraxoroidal retinal protezlər üzrə tədqiqatlar davam etsədə Argus ll (epiretinal yerləşdirilir) və Alpha İMS (subretinal yerləşdirilir)retinal protezləri nəticələri ilə daha önə çıxmaqdadır.

Kərim hüseynov SQ BKH