Qeydiyyat
Məqalə  

ASSİT NƏDİR?

ASSİT NƏDİR?


Assit qarın boşluğunda yəni periton boşluğunda maye toplanmasına deyilir. Belə ki, periton boşluğunda 25 ml –dan artıq maye assit olarak dəyərləndirilir.
Bu daha çok kroniki qaraciyer çatışmazlığında (siroz) görülür. Assiti olan xəstələrin təxminən 80% - i qaraciyər sirozunun səbəbindəndir .
Assit qarın boşluğunda ekssudat və ya transsudatın yığılmasıdır ki, buda ikincili prosesdir.

Səbəbləri:
Assitin geniş yayılmış səbəbləri əsasən:- Portal hipertenziyayla – qaraciyərin portal sistemində təzyiqin artmasıyla keçən xəstəliklər aiddir. Portal hipertenziya və assit qaraciyərin sirrozu, alkoqol hepatit nəticəsində; həmçinin hipernefroma və qan xəstəlikləri nəticəsində, qaraciyər venalarının trombozu, yayılmış tromboflebitində də müşahidə olunur.
Bundan əlavə qeyri-spesifik, vərəm, göbələk və parazit etiologiyalı diffuz peritonit; peritonun mezotelioması, psevdomiksoması, mədə və qalın bağırsağın xərçəngi, sağ mədəcik çatışmazlığı zamanı venoz durğunluq nəticəsində də əmələ gələ bilər.
Assit poliserozitin (eyni zamanda perikardit, plevrit) əlaməti ola bilir. Poliserozit revmatizm, sistemli qırmızı qurd eşənəyi, revmatoid artrit, uremiya, həmçinin (yumurtalıq fibromasını, assit və hidrotoraksı daxil edən) Meyqs sindromu zamanı da rast gəlinir.
- İntrahepatik - qaraciyər daxili blok - məsələn, qaraciyər xərçəngi ( hepatosellular karsinoma) , sirroz, xroniki hepatitlər və s.
- Prehepatik blok - qaraciyər önü blok - məsələn, qapı venasının trombozu, dalaq venasının trombozu, Qapı venasının sıxılması (pankreas, mədə və ya öd kisəsi şişi tərəfindən)
- Posthepatik blok - qaraciyər sonrası blok - məsələn, Badd-Kiari-Sindromu, aşağı boş venanın trombozu zamanıda assit əmələ gəlməsinə səbəb ola bilər.

Assitin simptomları :
Bir çox hallarda assit qəfildən və ya tədricən əmələ gələ bilir və bir neçə ay ərzində artmağa davam edir. Kliniki olaraq assit zamanı qarın böyüyür, qarın nahiyyədə ağırlıq hissi, ağrılar, köp, qıcqırma, gəyirmə, ürək bulanması, və eyni zamanda təngnəfəslik də müşahidə olunur. Mayenin miqdarı artdıqca qarın da böyüyür, göbək önə çıxır. Bununla belə ayaq üstə qarın sallanır, uzananda isə yayılır və ətrafları qabarır (“qurbağa qarını”). Peritoneal mayenin miqdarı çox olduqda təngnəfəslik, ayaqların ödemi, hərəkət çətinliyi, əsasən də bədənin çevrilməsi və əyilmə hərəkətlərinin çətinləşməsi əmələ gəlir. Qaraciyərdaxili portal hipertenziyanı müşayiət edən assit əzələ distrofiyasına s və müəyyən qədər hepatomeqaliyayla keçir. Qarın dərisində vena şəbəkəsinin “meduza başı” şəklində genişlənməsi . Qaraciyərdən aşağı portal hipertenziya zamanı davamlı assit sarılıqla, güclü hepatomeqaliyayla və s. kimi əlamətlərlə müşahidə olunur.
Limfa axını pozulduqda (xilyoz assit) qarın adətən ölçüdə böyüyür. Assitik maye süd rəngli və pasta konsistensiyalı olur; laborator müayinə zamanı mayedə yağlar və lipoidlər aşkar olunur.

Müayinə:
Qoyulan diaqnozdan asılı olaraq, aşağıda sadalanan müayinələrin tətbiqi mütləqdir.
- Qarının ultrasəs müayinəsi
- Rentgen
- Qanın ümumi analizi
- Qanın laxtalanma qabiliyyəti
- Qanın biokimyəvi analizi
- Qanın seroloji müayinəsi (xərçəng markerləri də daxil olmaqla)
- Assitik mayenin sitoloji və hematoloji müayinəsi
Yuxarıda göstərilən müayinələr tam diaqnoz üçün yetərsiz olarsa digər müayinə üsülların təyin oluna bilər.
- Kompüter Tomoqrafiya (KT)
- Ginekoloji müayinələr
- Endoskopiya və s.

Müalicə:
Assit müşahidə olan xəstələrin hər biri daim həkim nəzarətində olmalıdırlar!
Assit zamanı qarın boşulğundakı mayenin həcmi 5-10, bəzən isə 20 litrə qədər ola bilər.
Bu xəstələrə medikamentoz(dərman) müalicəsi ilə yanaşı,”Parasintez “ deyilən qarın boşluğuna tətbiq edilən kiçik cərrahi müdaxilə nəticəsində mayenin miqdarının azalması və ya tam sağalmasına nail ola bilirik. Bu kimi işləmlər yalnız xəstəxana şəraitində tamamilə sterilliyə nezarət olunaraq icra edilməlidir.
Xəstələr xüsusi təyin olunmuş pəhrizə ən azı 2-5 ay riayət etməlidirlər.
Ağırlaşmış hallarda və ya Dekonpensə sirrozlarda çox zaman qaraciyər transplantasiyası və ya ölümlə nəticələnmə halları müşahidə olunur.

Abdullayeva Esmira

DİGƏR MƏQALƏLƏR