Qeydiyyat
Hamiləlik  

Ana bətnindəykən allergiya necə qazanılır?

Ana bətnindəykən allergiya necə qazanılır?

Mövzular: Uşaqlar, Tədqiqat

Analar allergiyanı bətnindəki körpələrinə ötürə bilər
Medical Express-in qeyd etdiyi kimi, tədqiqat allergik reaksiyaların  baş verməsindən məsul olan əsas antitel (IgE) plasentadan keçib dölə girə biləcəyini göstərdi. İçəridə olduqdan sonra antitellər, allergik reaksiyalara səbəb olan kimyəvi maddələr buraxan dölün tosqun hüceyrələrinə (bir növ immun hüceyrə) bağlanır.

Siçanlarla aparılan tədqiqatlarda məlum oldu ki, analarda olan allaergik reaksiyalar eynilə yeni doğulan siçan balalarında da mövcud olmuş. Mexanizm insanlarda da eyni olduğu üçün bu nəticəni insanlar üçün də keçərli hesab edirlər.

Allergiyalar çox erkən inkişaf edir. Körpələrdə ananın allergik reaksiyası ilə sıx əlaqəli allergik reaksiyalar olur. Mütəxəssislər bunun genetika ilə heç bir əlaqəsiniin olmamasını izzah edir və qeyd edirlər ki, son tədqiqat allergiya üçün yeni bir yolu təsvir edir.

Diqqət çəkən şeylərdən biri də odur ki, bu allergik reaksiyalar zamanla zəifləyir və hətta yoxa çıxa bilir. Üstəlik, elm adamları IgE'nin plasentaya keçməsində başqa bir protein FcRN-in köməyi olduğunu da müəyyən etmişlər.


Medproinfo

DİGƏR MƏQALƏLƏR