Artıq çəki qızlar üçün kritik təhlükəlidir, həkimlər xəbərdar edirlər
Mövzular: Uşaqlar, Tədqiqat, Gözəllik və Sağlamlıq
News-medical.net xəbər verir ki, ABŞ-ın Milli Ətraf Mühit Tibb İnstitutu, piylənmənin birbaşa qızların yetkinlik dövrünə təsir etdiyini aşkar etdi. Əvvəlki tədqiqatlar piylənmədə olan qızların yetkinlik və ilk mensrtual tsiklinin normal çəkili qızlarla müqayisədə daha erkən olduğunu göstərdi.
Amerikalı alimlər tərəfindən edilən son araşdırmalar, orta və gec yetkinlik yaşlarında, bədən yağ səviyyələri daha yüksək olan qızlarda follikül stimullaşdırıcı hormon, inhibin B və testosteron kimi kişi hormonları da daxil olmaqla bir çox reproduktiv hormonun səviyyələrinin daha yüksək olduğunu göstərdi.
Bir çox piylənməsi olan qızlarda daha yüksək testosteron səviyyəsinin nizamsız menstrual dövrlər, sızanaqlar(akne) və daha çox bədəndə tüklülüyün artması ilə əlaqəsi var. Üstəlik, həddən artıq çəki fonunda yetkinlik sonunda, döş inkişafında bir gecikmə və aybaşının daha erkən başlaması qeyd edildi. Ancaq artıq çəki yumurtalıqların olgunlaşmasına və uşaqlıq vəziyyətinə təsir göstərmədiyi qeyd olunur. Bunlar 8-15 yaş arası 90 qızın dörd illik müşahidələrinin nəticələrinə əsaslanan nəticələrdir. 36 qız piylənmə, 54 normal çəkili idi.