Qeydiyyat
Epidemiya  

COVID-19 və nazal sprey

COVID-19  və nazal sprey

Mövzular: Farmakologiya, tədqiqat


Paster İnstitutuna görə Niclosamid preparatı effektivliyinə görə  40 qat remdesivirindən daha güclü  SARS-CoV-2 inhibitorudur. Biospace-ə görə, sinus boşluğu SARS-CoV-2 ilə erkən yoluxmanın əsas yeri hesab olunur. Gəmiricilərdə aparılan tədqiqatlar zamanı niklosamidin intranazal tətbiqinin koronavirus infeksiyasından ölümün qarşısını aldığını göstərmişdir.

UNI91103, UNION terapevtik şirkəti tərəfindən istehsal olunan  niklosamid salin məhlulu tərkibli burun spreyidir. 44 sağlam könüllü üzərində də uğurla sınaqdan keçirildi. Və məlum oldu ki, sprey yan təsirlərə səbəb olmadı. Sprey indi COVID-19 infeksiyası riski yüksək olan şəxslərdə və artıq yoluxmuş xəstələrdə aparılan klinik tədqiqatlar üçün hazırlanır. Mütəxəssislərin fikrincə, sprey yalnız profilaktik vasitə kimi çıxış edə bilməz, həm artıq yoluxmuş xəstələrdə xəstəliklərin şiddətini azalda bilər. Sprey hətta yüksək risk qruplarında aşıya alternativ ola bilər.

Alternativlərin axtarışı hamının peyvəndlərə yaxşı reaksiya göstərməməsindən irəli gəlir. UNION terapevtikası, 2020-ci ilin dördüncü rübündə xəstələrdə UNI91103 klinik tədqiqatlarına başlamağı planlaşdırır.

Medproinfo

DİGƏR MƏQALƏLƏR