Xərçəng dünyadakı hər altıncı ölümün səbəbidir. Və bunun da böyük hissəsini süd vəzi xərçəngi təşkil edir. Təəssüf ki, bu xanımlar mübarizə aparmaqlarına baxmayaraq, məğlub oldular. Səbəb isə müayinə və müalicəyə gec müraciət etmələri olub.
Dünyada oktyabr ayı süd vəzi xərçəngi ilə mübarizə ayı hesab olunur və simvolik olaraq çəhrayı lent ilə təsvir və təbliğ edilir. Heç bir qadın bu xəstəlikdən siğorta olunmayıb və bu təhlükəli xəstəlik barədə məlumatın artırılması vacibdir. Dünya şöhrətli şirkətlər bu məqsədlə xeyriyyə tədbirlərin təşkil edir, marafonlarda iştirak edir, moda evləri xüsusi geyimlər hazırlayır və onkologiyaya qalib gələn xanımlar fotoşəkil çəkməyə və təcrübələrindən açıq danışmağa qərar verirlər. Bütün bu aktivitələr süd vəzi xərçəngi ilə mübarizəyə diqqət çəkmək və insanları maarifləndirmək və müalicə edilə biləcəyini izah etmək məqsədi daşıyır. Sağlamlığa aparan yolda əsas tələb vaxtında diaqnozun qoyulmasıdır: axı erkən aşkarlandığı təqdirdə sağalma ehtimalı təxminən 94% -dir.
Şirkətimiz "Medvoyage" Medical Touriism /Education / MİCE və Professional Tibbi İnformasiya Portalımız "MedProinfo" da sırf xanımları maarifləndirmək və süd vəzi xərçənginə mübarizə məqsədi ilə müxtəlif tədbirlərə -vebinarlar, maarifləndirici video və məqalələr, ginekoloq tövsiyyələri və s.-ə start verdi. Bizə qoşulmaq istəyən həkimlərə biz hər zaman açığıq!