Qeydiyyat
Məqalə   Müsahibə  

Medproinfo portalı nədir və bizə nə üçün lazımdır ?

Medproinfo portalı nədir və bizə nə üçün lazımdır ?

Ən çox aldığım suallardan biridir “İnformasiya portali nədir və mənə nə verir ?” 

Son illər ölkəmizdə həkim və media münasibəti çox pozulub. Ya pul muqabilində reklam etməklə, ya da sensasiya və qalmaqal ilə tanınmağa başlayıblar. Bu isə zənnimcə onsuzda yerli həkimlərə olan inamsızlıq və guvənsizlik fonunu qabardır, cünki izləyici onsuz da, hər bir yayınlanan materialın nə məqsədlə olduğunu anlayır. Həkimlərin bir-biri ilə networkinq məsələsi də, qənaətbəxş deyildir. Belə ki, ya bir-birini tanıyan həkimlər, ya da müəyyən qarşılıq olarkən xəstə mubadiləsi mümkündür.
Etmək istədiyim isə tamamən bunlardan uzaq orqanik rəqabət üzərinə tam sağlam və professional əlaqələri olan kommunikasiya mərkəzi yaratmaqdır. Məqsədimizə demək olar ki, çatmışıq. Hal-hazirda, həm izləyici, həm də yayımlanan kontentinə görə portalımız ölkə üçün yeganə bu sahə nümunəsidir. Bütün xidmətlər həkimlər və izləyicilər üçün tamamən pulsuzdur. Təbii ki, bütün məlumatlar redaksiyamızda filtrasiya olunur, mənbə doğruluğu və müəllif hüquqları qorunulur.

Hər bir həkim və adi oxuyucu olaraq istər yazılı, istərsə də video formatında istənilən mövzuda material tapa bilərlər, portalda və ən əsası mütəxəsislərə suallarını ünvanlandıra bilər, hətta onların qəbuluna yazıla bilərlər.
Dünya üzrə 200-dən çox partnyorumuz olduğu üçün reklam üçün də müsait bir vasitəyik. Bu izləyici axını oldugumuzu göstərir. Qeyd etməliyəm ki, portalımız 3 dildədir. Bu isə bizim auditoriyamızın nə qəd geniş olduğunun göstəricisidir. Portalımızda 8000-dən çox Cənubi Qafqaz və yaxın ölkələrin səhiyyə işçilərini üzv olub, xidmətlərimizdən səmərələnir, bilik və təcrübələri ilə bölüşürlər.

Bundan başqa yerli və xarici istənilən şirkətləri də, nəzərə alaraq, onları öz satış məhsullarını portalda reklam yerləşdirməyə dəvət edirəm.

Portalımızın həkimlər üçün yaradılmış olması onlara daha çox istifadə imkanını verir. Bu məqalə çapı, video yayımı, konfrans məlumatı əldə etmək kimi xidmətlərdir. Yəni qısacası dünya, yerli tibb xəbərlərini izləmək, o cümlədən həkim komunikasiyasından yararlanmaq üçün hamınızı üzv olmağa dəvət edirəm. Əminəm deyəcək çox sözünüz var. Elə isə bizə onları catdırın. Zaman öndə olmaq zamanıdır!

Aygün Şükürova

DİGƏR MƏQALƏLƏR