Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri dedikdə, bu orqanların müxtəlif iltihabi, distrofik və şiş prosesləri nəzərdə tutulur. Bu orqanların zədələnməsi hər yaş qrupunda müşahidə edilə bilər. Ən geniş yayılmışları isə: xora xəstəliyi, duodenit (iltihab), reflüks - ezofagit, şiş törəmələri və s-dir. Lakin bu xəstəliklərin vaxtında diaqnozu, onların hətta tamamilə sağalmasına səbəb ola bilər. Məhz elə bu müshibəmizdə Ümumi- Cərrah, proktoloq, Tibb Elmləri üzrə Fəlsəfə Doktoru Anar Əliyev bu mövzu ilə bağlı oxucularımıza maarifləndirici fikir və tövsiyyələri ilə bölüşdü.
-Anar doktor, Sizi təkrar aramızda görməyimizə çox şadıq. Müsahibəmizə "Qastroskopiya nədir və hansı xəstəliklərdə tətbiq olunur?" sualı ilə başlamaq istərdik
- Salam yenidən sizlə göruşə çox şadam. Hər zaman vacib olan movzulari qaldırırsınız.
Mədə-bağırsaq xəstəliklərində hal-hazirda ən dəqiq diaqnostik üsul kimi endoskopiya metodu götürülür .Müasir tibbdə müalicə metodu kimi də önə çıxır. Endoskopiya-daha dəqiq desək Ezofaqoqastroduodenoskopiya, adindan göründüyü kimi qida borusu, mədə, onikibarmaq bağıırsaq borulu alətlə yoxlanışı deməkdi. Borulu alətin ucuna kamera yerləşdirilib manitor vasitəsilə izlənilir. Bütünn mədə-bağırsaq şikayələri olan xəstələrə bu müayinə metodu göstərişdir.
- Qastroskopiya profilaktik baxımdan ağır xəstəliklərin qarşısının alınmasında nə kimi rol oynayır?
- Qastroskopiya zamani vaxtında polip, xora xəstəliyi askarlanarsa-proflaktik olaraq mədə şişininnin qarşısını almiş oluruq.
- Doktor, qastroskopiyaya göstəriş üçün əsas simptomlar (şikayətlər) hansılardır. Qastroskopiya nə vaxt və nə üçün edilməlidir?
- Qastroskopiya müayinəsinə göstəriş-mədə göynəməsi, epiqastrial nahiyyədə qida qəbulundan sonra və ya ac qarına ağrılar, mədə-bağırsaq qanaxmasına şüphə, qan qusma, qara nəcis şikayətlər olarsa, bu müayinə aparılmalıdı.
- Bəs hansı simptomlar təhlükədən xəbər verir və dərhal mümkün qədər tez qastroskopiya edilməsi məsləhətdir?
- Mədə-bağırsaq xəstəliklərində ən təhlukəsi şiş və qanaxmalardır. Bu zaman təcili olaraq endoskopiya olunub, qanaxma dayandırılmalıdı. Şiş zamanı biopsiya olunub, şişin xarakteri müəyyən olunmalıdır.
- Qastroskopiyanın üstünlükləri nədir?
- Qastroskopiyanin ustunlukləri vaxtında düzgün diaqnoz qoyulur, qanaxma olarsa, qanaxma dayandırılır.
- Və son olaraq oxucuarımıza nə tövsiyyə edərdiniz?
- Sonda onu tövsiyyə edərdim ki, əgər kimdəsə yuxarıda sadaladığımız şikayətlər varsa, vaxtinda qastroenteroloqlara muraciət edib, müayinələrdən keçsinlər. Apteklərin tövsiyyəsi ilə uzun müddət omez içməsinlər !
Hər zaman sağlam olun və MedProinfo sayitinin maraqli dəyərli tövsiyyələrindən yararlanın.