Qeydiyyat
Məqalə  

Şüa makulopatiyası

Şüa makulopatiyası

Kosmetologiya sahəsində lazer şüalarının istifadəsi zamanı buraxılan səhv gözümüzdə ciddi nəticələrə gətirib çıxara bilər – Şüa makulopatiyası

Çağdaş dövümüzdə kosmetologiya sahəsində lazer prosedurlarına olan marağ hər keçən gün daha da artmaqdadır. Əsasən də Lazer epliyasiya və tatoların sillinməsi prosedurlarında müasir cihazlardan istifadə edilərək daha yaxşı nəticələrin əldə olunması cəmiyyətimizdə bir çox insanın bu prosedurlara diqqətini daha da yönəldir. Prosedurun əsas məqsədi tük folikullarındakı melaninin (600 - 1000 nm dalğa uzunluqlu) lazer şüalarını udması nəticəsində yaranan istilik enerjisi vastəsilə istənməyən tüklərin yandırılaraq aradan qaldırılmasıdır. Məhz bu prosedurların həyata keçirilməsində müxtəlif lazer cihazlarının (long-pulse ruby (694 nm), long-pulse Alexandrite (755 nm) , long-pulse diode (810 nm), long-pulse Nd:YAG (1,064 nm), intense pulsed light (IPL) (590–1200 nm)) tətbiqi mümkündür.

Buynuz qişanın termiki zədələnməsi, ətrafında subretinal hemorragiya və retina ödemi

Bu prosedurlardan istifadə həyatımızı asandlaşdırsada, onun düzgün istifadə olunmadığı halda yarada biləcəyi fəsadlarıda qeyd etməyə bilmərik. Xüsusilə insanın görmə funsiyasını həyata keçirən gözdə baş verən zədələnmələr bu prosedurlardan yalnış istifadə nəticəsində yaranır. Lazer şüaları gözümüzdə müxtəlif zədələnmələrə (qüzehli qişada atrofiya, travmatik katarakta, ön uveit, qlaukoma, və pupilla deffekti ) səbəb ola bilər ki, bu zədələrdən ən vacibi məhz torlu qişada baş verən yanıqlardır. Torlu qişa gözümüzdə görməni təmin edən, on təbəqədən ibarət sinir mənşəli qatdır. Yanlışlıqla torlu qişa üzərinə düşən lazer onun pigment epitel qatı tərəfindən udularaq isitilik enerjisinə çevrilir, bunun nəticəsində torlu qişada bərpası mümkün olmayan görmə sahəsi defektləri, hətta bir çox halda görmənin itirilməsinə gətirib çıxaran termiki zədələnməyə səbəb olur. Şüa yanığı əksər hallarda oxuma və yazmamızı təmin edən, torlu qişanın makula sahəsində yerləşir. Adətən torlu qişanın lazer şüasıyla yanması göz içi qanama (intravitreal, subretinal, xororetinal hemorragiya), pigment epitel deffekti, xoroidal neovaskularizasiya, makula dəliyi,retina ödemi və epiretinal membran kimi xəstəliklərlə ağırlaşır ki, bu halda xəstənin gözünə göz içi iynə (İntravitreal inyeksiya) proseduru və ya uzun müddətli müşahidəyə ehtiyac duyulur. Həmçinin görmənin bir daha bərpasının mümkün olmaması bu xəstələrin psixoloji vəziyyətlərinədə kəskin şəkildə təsir edir.

Torlu qişanın termiki zədələnməsi nəticəsində baş verən göz içi ( intravitreal ) hemorragiya.

Trolu qişanın şüa zədələnməsinin əsas səbəbi lazer proseduru zamanı ya düzgün eynək ( lazerin dalğa uzunluğuna uyğun eynək taxmamaq ) istifadə edilməməsi, ya da prosedurun qoruyucu eynəksiz həyata keçirilməsindən qaynaqlanır. Təəssüf ki, rastlaşdığmız pasientlərin əksəriyyəti gənc xanımlardır. Hətta xəstələrimiz arasında lazer proseduru tətbiq edən gənc kosmetoloqda olmuşdur. Bir neçə məqalədə, həm dünyada həmdə ölkəmizdə kifayət qədər istifadə edilən Alexandrit lazer cihazı istifadəsi zamanı ehtiyyatsızlıqdan baş verən bu xoşa gəlməz hallar məruzə edilmişdir ( Alexandrite Laser-Induced Choroidal Neovascularization Successfully Treated With Aflibercept - Asterias Diafas və əməkdaşları; Choroidal neovas cularization secondary to alexandrite laser exposure - Rui Wang və əməkdaşları; Rapid Response to Systemic Steroid in Macular Alexandrite Laser Exposure: Multimodal Imaging - Melike Balikoglu-Yilmaz və əməkdaşları; Optical Coherence Tomography Angiography Findings in a Case of Cosmetic Laser Induced Retinal Injury - Fabliha Anbar və əmədaşları). Hazırda şəxsi təcrübəsində kifayət qədər belə xəstəsi olan həmkarım Oftalmoloq Günel Ağayeva ilə bu zədələnələrin uzaq nəticələrilə bağlı davam edən bir araşdırmamız mövcuddur.

Solar retinopatiyanın tam müalicəsinin olmaması, hər ötən ilə nisbətən xəstə sayının artması, xəstələri daha çox gənc nəsli təşkil etməsi məhz bunun necədə ciddi bir problem olduğunu anlamağa kifayət edir.
Bunun qarşısını almaq üçün aşağıdakı şərtlərə əməl edilməlidir:
1. Proseduru yerinə yetirən həkim-kosmetoloqun cihazla bağlı xüsusi təlim keçməsi.
2. Lazer cihazının dalğa uzunluğuna uyğun qoruyucu eynək istifadəsi.
3. Prosedur zamanı həkimin və xəstənin qoruyucu eynəkdən istifadə etməsi.
4. Göz ətrafı və üz nahiyyəsinə tətbiq edilən lazer proseduru zamanı daha da ehtiyyatlı olmaq.

Kərim hüseynov

DİGƏR MƏQALƏLƏR