Prostat xərçənginin müalicəsində aparılan üsüllar aşağıdakilardır:
1. Cərrahi müalicə (Radikal Prostatektomi yəni prostat çıxarılması),
2. Radyoterapi,
3. Kemo-hormono terapiya
Prostat xərçəngində aparılan əməliyyatlarda Robot Texnikası Cərrahiyyə edilərək əməliyyatda
ağırlaş ehtimalı, qan itkisi aza enir və sağalma müddəti asanlaşdırılır. Sidik kisəsinin ilə prostat arasında
olan bir anatomik planın ortaya qoyulması ilə robot texnikası prostat əməliyyatlarında yeni
bir texniki inkişaf etdirilmişdir. Ədəbiyyata “sidik kisəsinin qoruyucu texniki” olaraq girən bu üsul ilə
xəstələrdə erkən və gec dövr sidik qaçırma (inkontinans) halları çox azdır.
Prostatit (Prostat İltihabı) müalicə iltihabın yerləşdiyi yeri və dərəcəsinə görə dəyişir. Buna bağlı
olaraq Prostatit xəstəliyinin 4 müxtəlif növü və müxtəlif müalicə üsulları var:
1. İntensiv Bakteriyel Prostatit - antibiotik ağrı kəsici və hərarəti aşağı salan dərmanlar.
2. Xroniki Bakteriyel Prostatit - uzun müddətli istifadə edilən antibiotiklər və antienflamatuar
dərmanlar.
3. Xroniki Pelvik Ağrı Sindromda - uzun müddətli istifadə edilən antibiotiklər, antienflamatuar
və antixolinergik-lər faydalı ola bilər. Prostat masajı, standart müalicə üsullarından istifadə etməyən
xəstələrin müalicəsində denenebilir.
4. Simptomsuz Enfamatuar Prostatit isə müalicə tələb edən bir vəziyyət deyil.
PROSTAT BIOPSIYASI
Prostat biopsiyası PSA-sı normadan yuxarı və illik artım 0.75 den yuxarı olan xəstələrdə
aparılması göstərişdir. Yerli və venadaxili anesteziya ilə aparılır. Birincili yəni ilk dəfə
aparılırsa toplam 12 parca ( 6 sağ və 6 sol) alınır. Təkrar biopsiya aparılarsa o zaman 18 və
ya 24 parca götrülür. Biopsiyanın aparılmasında məqsəd Prostat xəncəngini vaxtında aşkar
etmək və prostat xərcəngini prostatın digər xəstəilkərindən differensasiya etməkdir.