Qeydiyyat
Məqalə  

Südü necə dayandırmalıyıq?

Südü necə dayandırmalıyıq?

Ana olmaq- bəşər qadınlarının ən ali hissidir və bu hissin ilk  öhdəliyi vardir: övladınıza ana südünü vermək və vaxtı çatdığında ana südündən ayırmaq.Təəssüf ki,bizlərə ana südünü kəsmək üçün hansı tabletkani içə bilərik deyə çoxsaylı müraciətlər olur. Hər dəfəsində dediyimiz budur: Çalışın səbr edərək ana südünü övladınızdan kəsin. Bu hem sizə, həm övladınızın əsəblərinə xeyirdir. Çalışın rasiondan isti çay və şirniyyatı azaldın, kontrastı duş qəbul edin gün ərzində, övladınız tutaq ki, 10 ayındadir və gündə 6 dəfə ana südü yeyirsə,6 dəfə südü iki həftə ərzində 4-5 dəfəyə, sonrakı iki həftə ərzində 2 dəfəyə qədər azaldın. Bu təbii ki, sizdən səbr tələb edir, sud vermədən sonra döşünüzə kələm, kamfora yağı ilə bir saatlıq kompress qoya bilərsiniz, sonra amma ilıq su ilə döşünüzü yuyun.Giləyə metilən abısı olan zelyonka, istiot vuraraq uşağınızı süddən ayırmağa çalışmayın...

Əslində səbrli olsanız, 7 həfətəyə qədər döşdən kəsilmə hər ikiniz üçün sağlamlıqdır. Sizə dostinex kimi  dərmanlar təklif oluna bilər. İki günə südünüz quruyacaqdır, amma tövsiyyə etmirəm, ana olmaq üçün 9ay səbr edən qadın, 1 ay da artıq süd vermə üçün səbr edə bilər. Bədənimizi hormonal stressə salmayaq. Döşünüzü sıx dəsmalla sıxmayın, sadəcə bir ölçü kiçik büstqalter geyinə bilərsiz bu müddətdə.
Saglam qalın! Unutmayın ki, gələcək sizin sağlamlığınızla başlayır! Hamınıza səbr arzu edirəm.

Medproinfo

DİGƏR MƏQALƏLƏR