Qeydiyyat
Məqalə  

Tinnitus nədir ?

Tinnitus nədir ?

Tinnitus, yəni qulaq cınlamasıdır. Xəstənin olduğu məkanda səs olmadığı halda qulaqda cingilti, vızıltı, tıkkıltı və digər səslər kimi təsvir edilir.

Səbəbi: Nədən yarana bilər?

- Yüksək musiqi dinləmək, tikinti səsləri, atəş səsləri
- Qulaq, boyun və baş xəsarətləri
- Nevroloji xəstəlik
- Dərmanların yan təsirləri
- Qulaq infeksiyaları
- Aşağı və yüksək qan təzyiqi
- Baş və boyun nahiyəsində damar genişlənməsi
- Allergiya
- Çənə ekleminin pozulması
- Boyun artriti
- Orta qulaqdakı maye, təsir
- Boyun bölgəsindəki əzələ- sklet sistemi xəstəlikləri
- Eştmə sinirinin zədələnməsi

Bunu önləmək üçün nə etməliyik?

LOR (qulaq burun boğazı) xəstəliyinə səbəb olmadıqda:

-Fizioterapiyaya müraciət etmək lazımdır.
- Az səslə radioya qulaq asmaq
- Yüksək musiqidən uzaq durmaq
- Duz qəbulunu azaltmag
- Qəhvə, kola və siqaretdən uzaq durmaq
- Fizioterapevt tərəfindən tövsiyə olunan məşqlər etmək
- Stressdən, gərginlikdən çəkinmək


Fizioterapevt-reabilitoloq
Dr.GÜLNAR CƏBRAYİLOVA

Dr. Gülnar Cəbrayilova

DİGƏR MƏQALƏLƏR