Qeydiyyat
Epidemiya  

Yeni araşdırma: COVİD-19

Yeni araşdırma: COVİD-19

Coronavirusu xüsusilə təhlükəli edən gizli bir gen tapıldı

Mövzular: Epidemiya, Genetika


Genetiklər hesab edirlər ki, koronavirusla uğurlu mübarizə aparmaq üçün əsas onun genlərini öyrənməkdir. "Telangana Today" yazır ki, bu yaxınlarda SARS-CoV-2-nin pandemiya potensialının arxasında dayanan yeni bir "gizli" gen aşkarladılar. Ümumiyyətlə, mütəxəssislərin diqqətini üst-üstə düşən genlər cəlb etdi.

Burada mövzu bir-birini örtən və fəaliyyətinin aşkarlanmasını və qiymətləndirilməsini çətinləşdirən genlərdən gedir. Hazırda yeni araşdırmanın diqqət mərkəzi  SARS-CoV-2-də kifayət qədər uzun bir zülalı kodlaya bilən üst-üstə düşən ORF3d genindədir. Bu gen əvvəllər aşkar edilmiş pangolin koronavirusunda da mövcud idi. ORF3d öz-özlüyündə COVID-19 xəstələrində güclü bir antitel reaksiyası meydana gətirdi. Bu o deməkdir ki, bu genlə əlaqəli zülal böyük ehtimalla bir insana yoluxduqda əmələ gəlir.

Medproinfo

DİGƏR MƏQALƏLƏR