Qeydiyyat
Məqalə  

Zaman

Zaman

Bəzən bizə çatmayan, bəzənsə bizdən geridə qalan çox vaxt bizdən nələrisə aldığını düşündüyümüz, əslində isə heç mövcüd olmayan bir anlayış.

Saatın əqrəblərini çıxartsaq, yerində sıra ilə düzülmüş bizi bizdən alan bir anyalışın elə beynimizdə formalaşdığını görərik.

Dayanırmı zaman? Xeyir, bəlkə dayanmayan bizik, dəyişən inkişaf edən enerji verib, alan. Həyat verən, həyatını bölüşən, ətrafı və yaxınları ilə yaşamağa çalışarkən, zamandan asılı olduğunu düşünən.

Zamanın 3 halı varmış, varmı?

İlluziyadır ,burdayıq sadəcə, bəlkə də, bütün edə biləcəklərimiz və nöqsanlarımızla, yaxşı və pis xüsusiyyətlərimizlə. Onun üçün nə zamana qarşı mübarizə içində olmalı, nə də onu durdurmağa çalışıb, xəyal qırıqlığına uğramalı. İnsan sadəcə yaşamalıdır indiki özündən müqayisədə daha yaxşı özünü yetişdirə bilmək üçün daim axtarışda olarcasına, olduğu kimi özünü qəbul edib xarici görünüşü ilə barışıq içində yaşarcasına, zamanla dost olub onu qəbul edərcəsinə. Başqa forması bir yarışdır insanın məglub, qoca, həyatından və ətrafından narazı olaraq dünyadan köcməsi ilə nəticələnən. “Qocaldıqdan sonra bizə gələn müdriklik normaldır” deyə aşılanıb və biz yalnız təcrübə ilə buna gəlib çıxmaq olar deyə düşünürük. Lakin unutmayaq, təcrübə kimi insanın fərqində olub, doğru yaşaması da önəmlidir, nə istədiyini bilməsi, doğru şeyləri istəməsi və bunun üçün nələr etməsi. Bİz bu dünyaya yaşamağa gəldik və yaşamağa dəyər bir dünyanı isə özümüz öz ətrafımızda yarada bilərik. Yaradaq həm özümüzü, həm kiçik dünyamızı bizdən sonra gələn nəsillər üçün genetik yaddaşda xoş hisslər ötürə bilmək üçün.

Phd. Dr. Aygün Şükürova

DİGƏR MƏQALƏLƏR