MEDXƏBƏR

26 Mart Beynəlxalq Bənövşəyi gün (Epilepsiya Günü)

26 Mart Beynəlxalq Bənövşəyi gün (Epilepsiya Günü)

Bu gün - epilepsiya xəstəliyi barədə bilgilərin artırılmasına hədəflənən illik bir beynəlxalq fəaliyyətdir.

Bir gün, epilepsiyadan əziyyət çəkən doqquz yaşlı qız Cassidy Megan başqa insanlara özünü onlardan heç nə ilə fərqli olmadığını göstərməyə qərar verdi.

Belə ki, doqquz yaşındaikən onun xəsəliyinə böyüklərin və həmyaşıdlarının fərqli bir tərzdə baxışını görür. Hətta bəziləri bunu qeyri adekvat və ya dəliliyin yüngül forması kimi qiymətləndirirdi.

Qızın təşəbbüsü ilk növbədə Yeni Şotlandiya Epilepsiya Assosiasiyası tərəfindən dəstəkləndi və sonra dünyanın digər təşkilatları tərəfindən dəstəkləndi. 2009-cu ildə 1⃣0⃣0⃣.0⃣0⃣0⃣ şagird, 1⃣0⃣0⃣-ə yaxın ictimai birlik və 1⃣0⃣0⃣-dən çox tanınmış siyasətçi Bənövşəyi Günə qoşuldu və Torontodakı televiziya qülləsi bir axşam bənövşəyi rəngə boyandı.

O zamandan bəri bir çox ölkələrdə 2⃣6⃣ martda epilepsiya xəstəliyi barədə və tutmalar zamanı ilk yardım mövzusunda bilgilər verilir, tədbirlər keçirilir.