Qeydiyyat
MEDXƏBƏR

Ağız boşluğunun gigiyenası vacibdir

Ağız boşluğunun gigiyenası vacibdir

Nevroloqlar ağız boşluğunun gigiyenasına riayət etməyin nə üçün vacib olduğunu izah etdilər


Mövzular: Tədqiqat


New York Universiteti ağız gigiyenasına laqeyd yanaşan insanların Alzheimer də daxil olmaqla ağıl zəifliyindən əziyyət çəkmə riskinin daha çox olduğunu sübut etdi. "Lenta.RU" dan bildirildiyi kimi, diş ətinin patogen mikroflorasının anormal yığılması neyronlar üçün təhlükəli sayılan yüksək səviyyədə beta-amiloid zülalı ilə əlaqələndirilir.

Aşkar koqniktiv pozğunluq əlamətləri olmayan 48 yaşlı insanlarla təqdiqat aparıldı. Alimlər periodontal ciblərin mikroflorasını (disbiyotik indeks kimi tanınan zərərli və faydalı bakteriyaların nisbəti) araşdırdılar və nəticələrini onurğa beyin mayesində amiloid zülalı və neyrofibrilyar yığımların mövcudluğu ilə müqayisə etdilər.

Beləliklə, artan bir disbiyotik indeks (Rothia, Corynebacterium daxil olmaqla sağlam mikrofloranın üzərində Treponema, Porfyromonas, Tannerella daxil olmaqla patogen mikrobların yayılması) beta-amiloid zülalının (Aβ + qrupu) səviyyəsinin artması ilə əlaqəli idi. Nümunələrdə yüksək təhlükəli zülal konsentrasiyası aşkar edildikdə, disbiyotik indeksin artma riski 4 dəfə artmış olurdu.

Mütəxəssislər patogenlərin mərkəzi sinir sisteminə nüfuz edə biləcəyini və beyinə birbaşa patoloji təsir göstərə biləcəyini düşünürlər. Bunlar eyni zamanda ümumi iltihaba səbəb olur və nəticədə beyinə yayılır.