Qeydiyyat
MEDXƏBƏR

Beynəlxalq İnsult ilə Mübarizə Günü

Beynəlxalq İnsult ilə Mübarizə Günü

Hər il, 29 Oktyabrda, Dünya İnsult ilə Mübarizə Təşkilatı (WSO) tərəfindən 2006-cı ildə qurulan Beynəlxalq İnsult ilə Mübarizə Günü, dünyada bu xəstəliyə qarşı qlobal mübarizədə təcili hərəkət çağırışı etmək üçün dünyada qeyd olunur.

Tarixi:
Bu gün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2004-cü ildən etibarən  qlobal epidemiya kimi elan edildi və 2006-cı ildən etibarən Dünya İnsult ilə Mübarizə Təşkilatı (WSO) yarandı, hansı ki, bu da hər il  bu günü beynəlxalq səviyyədə qeyd edir.
Hazırda bu təşkilat 85 ölkədən olan 3,5 mindən çox fərdi üzv və 60-dan çox təşkilat təşkil edir. Bunlar alimlər, elmi qurumlar və İnsult ilə Mübarizə cəmiyyətləridir.

İnsult, arteriyanın tıxanması və ya zədələnmiş damar divarından qan sızması nəticəsində baş beyinə qan axınınin dayanması səbəbindən sinir hüceyrələrinin zədələnməsinə və ya ölməsinə səbəb olan bir vəziyyətdir;  bu beyin qan dövranının sürətlə inkişaf edən pozulmasına, eyni zamanda beyin toxumasına və onun funksiyalarının pozulmasına gətirib çıxarır.

Beynəlxalq İnsult ilə Mübarizə Günü keçirilən tədbir, seminar və s əsas məqsədi dünya ictimaiyyətinin, ilk növbədə, gəncləri Insult ilə  məlumatlandırmaq, düzgün və vaxtında ilk yardımın vacibliyini (yalnız vaxtında göstərilmiş  ilk yardım həyatı xilas etmək, əlilliyin qarşısını almaq olar) və əlbəttə ki, profilaktik tədbirlər barədə təlimləndirməkdir.