Qeydiyyat
MEDXƏBƏR

Kontraseptivlər haqqda bilinməyənlər

Kontraseptivlər haqqda bilinməyənlər

Nevroloqlar qadınlar üçün kontraseptivlərin təhlükələrindən danışdılar

Mövzular: Psixologiya, Farmakologiya, Tədqiqat


"News Mail.RU" xəbər verir ki, Ottava Universiteti, oral hormonal kontraseptiv maddələrin qəbulu qadınların beyninin işini və onların davranışını dəyişdirir. Bu təsir xüsusilə beyin inkişafının kritik dövrlərində, cinsi yetkinlik və erkən yetkinlik dövründə preparat qəbuluna başlanılsa, xüsusilə nəzərə çarpır.

Tədqiqatın bir hissəsi olaraq, alimlər, yetkinlik və erkən yetkinlik dövründə olan xanımların kontraseptivlər qəbulu nəticəsində beynin quruluşunda və funksiyasında, stresə qarşı reaksiyalarının necə dəyişikliklər edildiyini araşdırdı. Nəzarət qrupuna isə kontraseptivlər qəbul etməyən qadınlar daxil idi.

Dərman almağa erkən başlayan qadınların stresə qarşı anormal bir beyin reaksiyası olduğu ortaya çıxdı - onlar daha kəskin reaksiya verdi. Bu o deməkdir ki, təcili reaksiya tələb edən kritik vəziyyətlərdə bu qrup qadınlar qeyri-adekvat reaksiya göstərə bilər. Üstəlik, yeniyetməlik və yetkinlik dövründə preparatı qəbul edənlərdə isə, məlumat yadda saxlaması mövzusunda dəyişikliklər olmuşdu.

Ümumiyyətlə, kontraseptivlər yaddaş və emosional sferada dəyişikliklərə səbəb olduğu sübüt olundu. Bu həqiqət, bir çox qadının, məsələn, hormonal kontraseptivləri qəbul edərkən və sonrasında əhval pozuqluqları ilə əlaqəli ruhi pozğunluqların inkişaf etdiyini izah edir.