Qeydiyyat
MEDXƏBƏR

Stress zamanı "yemək" yoxsa "içmək" ?

Stress zamanı "yemək" yoxsa "içmək" ?

Mövzular: Bəslənmə, Psixologiya, DOKTORLARIN ŞƏRHLƏRİ


Endokrinoloq, fəlsəfə doktoru Zuxra Pavlova etiraf edir ki, bir çox insan "stres zamanı yeməyə" çalışır. Lakin bu, təhlükəli ola bilər. Çünki stresli vəziyyətləri qida ilə kompensasiya etməyə çalışırıq. Sağlam qida yesəniz belə, zərərlidir. Yemək prosesi özü sizi yeməyə stimul verir. Bu gün sağlam qida ilə stres yeyirsinizsə də, sabah əlinizdə bu  olmaya bilər və siz bir hamburger və ya buna bənzər bir şeylər yeməyə başlayırsınız.

Yemək lazım deyil, içmək lazımdır. Stres zamanı içdiyimiz zaman, stresli vəziyyətdə olan beyin böyrəküstü vəzləri stres hormonu, yəni kortizol istehsalına təkan verdiyi zaman məntiqi zənciri qırırıq. Su içdiyimiz zaman bu əlaqə dayanır və hormonlar əmələ gəlmir "həkim qeyd edir.

Sputnik Radio xəbər verir ki, mütəxəssis streslə idmanla mübarizə aparmağı da təklif edir. Onun sözlərinə görə, burada yük stresə qarşı təbii bir müdafiə rolunu oynayacaq. Vurğulayır: "Fiziki fəaliyyət çox kömək edir. Niyə insan əsəbi olduqda yeriməyə başlayır? Bu,  qoruyucu bir reaksiyadır, amma bilərəkdən bu stimullaşdırıla bilər. Fiziki cəhətdən bir şey edirsinizsə, stres azalır. Buna görə də bu stres zamanı yeməkdən daha təhlükəsizdir "