Qeydiyyat
Tədqiqat   Aşılar  

COVİD-19 vaksini

COVİD-19 vaksini

Mövzular: Dünyada, Dövlət və tibb, Peyvənd

İsraildə yeni koronavirus peyvəndi sınaqdan keçirilir
Xinhua xəbər verir ki, İsrail "BriLife" adı ilə bilinən yeni COVID-19 vaksininin klinik sınaqlarına başlanıldı. Peyvənd İsrail Bioloji Araşdırmalar İnstitutu tərəfindən hazırlanmışdır. Bu ay iki xəstəxanada təxminən 80 könüllü peyvənd olunacaq. Onların yarısı həqiqi peyvənd, qalanları plasebo alacaq.

Sonra, üç həftə ərzində elm adamları aşılanan könüllülərin koronavirusa qarşı antitel inkişaf etdirib - etdirməyəcəyini müşahidə edəcəklər. Dekabr ayında sınaqların ikinci mərhələsi yəni peyvəndin təhlükəsizliyi üçün testləri gözlənilir. Bu mərhələdə 960 könüllü iştirak edəcəkdir. Nəhayət, üçüncü və son mərhələdə (yaxın 6 ay ərzində baş verəcəkdir) peyvəndin effektivliyi 30.000 nəfərədək bir qrup üzərində sınaqdan keçiriləcəkdir.

Mütəxəssislər vurğulayırlar: koronavirusa qarşı ən yüksək göstərici eyni vaxtda infeksiyaya yoluxmuş və aşılanmış şəxslərdə müşahidə olunacaq. Allerqoloq immunoloq Vladimir Bolibok belə şərh edir: "Hətta COVID-19 keçirmiş və antitelləri olan insanlarda peyvənd revaksinasiya rolunu oynayacaqdır. Onlar antigen alacaqlar, bədən buna reaksiya göstərəcək və antitel titri daha da yüksələcək. Bu xəstəlikdən sonra daha çox immunitet alacaqlar. "

Bildiyimiz kimi, bütün xəstələrdə yüksək antitel titrləri olmamışdır. Gizli koronavirus keçirən insanlar var, antitel titrləri zəifdir. Ancaq ağır bir formada xəstələnən və yüksək dozada steroid hormonu alanların titri də zəifdir. Əlbəttə ki, onlar peyvənd alsalar titrləri yüksələcək və gələcəkdə daha yaxşı qorunacaqlar. "

Medproinfo

DİGƏR MƏQALƏLƏR