Qeydiyyat
Müsahibə  

D vitamini çatmamazlığı və ürək xəstəlikləri

D vitamini çatmamazlığı və ürək xəstəlikləri

D vitamini çatmamazlığı və ürək xəstəlikləri arasında əlaqə varmı?

Bu mövzuda İnvaziv Kardioloq Dr. Gülanə Ağayeva MedProİnfo oxucularına ətraflı məlumat verdi.

Orqanizmin ehtiyac duyduğu D vitamininin 95% -i dəri vasitəsilə günəş işığından , digər 5% - i yumurta, balıq, taxıl və portağal suyu kimi bəzi qidalardan əldə edilir. Uzun illərdən bəri D vitamini çatmamazlığının uşaqlarda raxit, böyüklərdə isə osteoparoz xəstəliyinə səbəb olduğu elmə məlumdur Lakin son dövrlərdə aparılmış tədqiqatlar ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, yüksək xolesterol, şəkərli diabet və piylənmə ilə D vitamini çatmamazlığı arasında bir əlaqə olduğunu ortaya qoydu. Aparılan araşdırmalarda ürək- damar xəstəliyi, insult və ürək çatışmazlığı xəstəliklərinin D vitamini çatışmazlığı olanlarda daha çox rast gəlindiyi sübut edildi.

Bu araşdırmalardan birinin nəticəsini qısa şəkildə şərh etməli olsaq:

▪️ D vitamini çatmamazlığı olan kişilərdə ürək çatışmamazlığı riski qadınlara nisbətən 15.3 dəfə çoxdur.

▪️ Ürək çatmamazlığı, artıq çəkili və D vitamini çatmamazlığı olan insanlarda normal çəkiyə sahib olanlara nisbətən 4.18 dəfə daha çoxdur.

▪️ Ritm pozğunluğu olan şəxslərdə D vitamini çatmamazlığı ürək çatmamazlığına daha çox səbəb olur.

Günlük təcrübəmizdə aparılan qan analizlərində hər 3 şəxsdən birində ciddi D vitamini çatmamazlığı görülür. Bu yeni problemin ən vacib səbəbi muasir dövrdə insanların vaxtlarının çox hissəsini qapalı mühitlərdə keçirmələri, açıq mühitlərdə daha çox hava çirkliliyinə məruz qalmaları və buna görə günəşdən daha az faydalana bilməsi ilə bağlıdır.

Yetərli D vitamini qəbulu üçün mütəxəssislər may və sentyabr ayları arasında hər gün yarım saat günəş şüası altında olmağı tövsiyyə edirlər. Bundan əlavə qidalanmanın da D vitamini səviyyəsinə kömək etdiyi sübut olunub. Bütün bunları nəzərə alaraq bütün oxuculara sağlam ürək üçün sağlam və aktiv həyat tərzi, düzgün qidalanma və zərərli vərdişlərdən uzaq olmağı tövsiyyə edirik!

Gülanə Ağayeva

DİGƏR MƏQALƏLƏR