Tədqiqat   Dieta  

Sağlam qidalanma ağır fəsadlardan qoruyacaq

Sağlam qidalanma ağır fəsadlardan qoruyacaq

Mövzular: Sağlam qidalanma, Tədqiqat

18 ildir ki, Oksford Universitetinin əməkdaşları təqribən 50.000 nəfəri sağlam qidalanması ilə bağlı izləyərək nəticəyə gəldilər:  Vegeterianların rasionunda bəzi vitaminlərin çatışmazlığı səbəbiylə insult riskinin artırır. Daily Mail-ə istinadən bildirilir ki, vegan və vegetarianların ətyeyənlərə nisbətən 20% daha çox insulta riski var.

Risk, əsasən qanaxma səbəbi olduğu hemorragik insult səbəbiylə artır. Tədqiqat vegeterianlar və veganlarda B12 də daxil olmaqla aşağı qan xolesterolu və əsas vitaminlərin daha aşağı səviyyədə olduğunu göstərdi. Eyni zamanda, vegetarianların ətyeyənlərə nisbətən ürək-damar xəstəliyi riskinin 22% aşağı olduğu aşkar edildi. Pesketariyanslarda (ətdən qaçırlar, amma balıq yeyirlər) risk 13% aşağldır.

Alimlərin fikrincə,  vegetarian diyeti bütöv bir rasion kimi sağlam qidalanma olaraq qəbul edilməməlidir. Bu tamamlayıcı olaraq rasionda nəzərə alınmalıdır. Mütəxəssislər ət yeyənlərə gündə 90 qram qırmızı və ya emal edilmiş ət istifadəsini azaltmağı tövsiyə edirlər. Ancaq ətdən tamamilə imtina etməyə dəyməz. Sağlam qidalanma rasionunda  həm meyvə-tərəvəz, həm də ət məhsulları olmalıdır.

 

Medproinfo