2222 NARAHATLIĞA NECƏ SON QOYAQ VƏ YAŞAMAĞA BAŞLAYAQ… / MEDBLOG / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
Məqalə  

NARAHATLIĞA NECƏ SON QOYAQ VƏ YAŞAMAĞA BAŞLAYAQ…

NARAHATLIĞA NECƏ SON QOYAQ VƏ YAŞAMAĞA BAŞLAYAQ…

Uilyam Ceyms deyir : “Allah günahlarımızı bağışlaya bilər, lakin əsəb sistemi bunu bağışlamır”.
Budur son aylarda dünyada, eləcə də ölkəmizdə cərəyan edən COVİD 19 virusuna yoluxanların sayı və ölənlərin sayı bizləri narahat etmeye bilməz. Kimisi qohumunu, kimisi dostunu, yaxınını itirir bu üzdən. Bundan başqa sentyabr ayında ölkəmizdə başlayan 44 günlük müharibə nəticəsində yaralanan, şəhid olan oğul və qızlarımız, onların ailələrinin yaşadıqları travmalar hər bir Azərbaycanlının dərdi, hər bir Azərbaycanlının fəxridir. Fəqət son 5 ayda respublikamızda baş verən intihar hadisələri artıq SOS düyməsinə basmağa vadar etdi məni.
Öncə istəyirəm intiharların səbəblərini araşdıraq. İntiharlara səbəb olan halar hansılardir? Kimlər daha çox suisidlər hesab edilirlər? Mərhələ-mərhələ bunları siz oxucuların nəzərinə çatdırmaq istəyirəm. Bəlkə 10 milyon əhalindən 10 bu məqalədən yararlana bilər, amma bu da dənizə düşən bir damla olarsa nə xoş mənə.

  • Narahatlıq.
  • Ruhi xəstəlik
  • Sağalmaz xəstəlik
  • Valideyin etinasiızlığl və eələcədə övlad etinasızlığı
  • Valideyin müdaxiləsi (abituriyentlərə təsir)
  • Məcburi evləndirmə
  • Ailə münaqişəsi
  • Maddi asılılıq
  • İnternet asılılığı
  • Narkotik və ya Alkoqol asılılığı


Bu siyahını daha da, artırmaq olar, amma bütün suisidlər bu 10 halın ətrafında dönüb dolaşırlar və sonucda intihara cəhd edirlər. Bunların yaranma səbəbi isə 1-ci maddə olan NARAHATLIQDIR.

Öncə narahat olmağı necə aradan qaldırmalıyıq sualına cavab tapaq. Bunun üçün narahatlıq yaradan səbəbi tapmalıyıq. Bilməliyik bizə nə narahatlıq verir.  Sonra onu yaxın biri ilə və ya psixoloqla paylaşmalıyıq . Narahatçılıq yaradan səbəbi aradan qaldırmaq üçün yollar axtarmalıyıq. Təbii ki, heç bir məsələ öz həllini tezliklə tapmır. Amma ataların bir gözəl məsəli var” Məsləhətli don gen olar”. Biz məsləhətləşərək həm üzəriməzə düşən yükdən azda olsa azad oluruq . Həm dərdləşərək bizi narahat eden haldan uzaqlaşırıq.

Deyl Kornegi yazır : Əgər narahatlıq gətirəcək problenlə üzləşmisizsə, o zaman Uillis H. Kerrierin sehirli formulundan istifadə edin.

1)Hadisələrin gedişinin ən pis variantını müəyyən edin.
2)Başqa yol yoxdursa, onu qəbul etməyə calışın
3)İşlərinizin vəziyətini yaxşılaşdırmaq üçün sakit və təmkinlə hərəkət edin.

Düşünürəm bu günlük yetəri qədər sizləri yordum . Yazıları izləsəniz daha çox bilgiyə sahib olub ətrafınızı da maarifləndirə bilərsiz. SEVGİLƏRLƏ.

Stare Haciyeva

DİGƏR MƏQALƏLƏR