Qeydiyyat
Tədqiqat  

Saçların rənglənməsi və düzləşdirilməsi qadınları xərçənglə təhdid edir

Saçların rənglənməsi və düzləşdirilməsi qadınları xərçənglə təhdid edir
 
Mövzular: Tədqiqat, Gözəllik və Sağlamlıq

Amerikalı mütəxəssislər təxminən 47.000 qadının məlumatlarını təhlil etdi. Bu qadınların heç birində  süd vəzi xərçəngi daha öncədən olmamışdır, deyə Mail.RU News yazır. Mütəxəssislər araşdırma zamanı iştirakçılarının hansı vərdişlərə malik olduqlarını nəzərə alırdılar. Xüsusilə, saç boyaması və ya saçların müxtəlif kimyəvi məhsullarla istifadə olub-olmaması ilə maraqlandılar. 8 illik müşahidə zamanı 3000-ə yaxın qadında süd vəzi xərçəngi müşahidə olundu.

Mütəmadi boyalarla saçlarını müntəzəm boyayan qadınların digərlərinə nisbətən 9% daha çox xərçəng riski olduğu ortaya çıxdı. Digər boya növləri istifadə olunması, risk artırmır. Ancaq saçı düzləşdirmə məhsullarından ən azı 5-8 həftədən bir istifadə olunması xərçəng riskini 30% artırdı. Mütəxəssislər deyirlər: Saç məhsullarında aqressiv birləşmələr vardır ki, bunlar arasında hormonal fona təsir edənlər də var. Bu da, endokrin sistemində dəyişikliklərə və xərçəng inkişafına səbəb olur.

Yeri gəlmişkən, Kolorado Universiteti qadınların mütəmadi olaraq istifadə etdikləri bir çox prosedurları da nəzərdən keçirir. Alimlərin fikrincə, dırnaq lakı və onun aradan qaldırılması üçün istifadə olunan vasitələr ətraf mühitə təhlükəli uçucu üzvi maddələri buraxır ki, bu da tənəffüs sisteminin qıcıqlanması, sonsuzluğa və ya xərçəngə səbəb ola bilər.
Medproinfo

DİGƏR MƏQALƏLƏR