2222 Su kimləri kökəldir? / MEDBLOG / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
Məqalə  

Su kimləri kökəldir?

Su kimləri kökəldir?

İllərdir çoxlarınızdan eyni şikayəti eşidirəm: "Doktor,mən su içmirəm,çünki su məni kökəldir" və ya "Su içmədiyim zamanlarda daha arıq görünürəm" və s.
Heç düşünmüsünüzmü,sıfır kalorisi olan,bağırsaqları təmizləyən,qanı filtrləşdirən su niyə kökəltsin?

Bəli, normadan artıq duz qəbul olunduğu zaman su ödəm(şişkinlik)yarada bilir. Amma kökəltmir! Sadəcə müvəqqəti şişkin göstərir. Səbəbi isə odur ki, duz suyu orqanizmdə saxlayır və xaric olmasına mane olur.
Odur ki, gün ərzində su normanızı mütləq şəkildə qəbul etməlisiniz.

Çünki:

1.Yalnız su içməklə-qanda olan şəkərin səviyyəsini azaltmaq və həmçinin qanın hemodinamikasını bərpa etmək mümkündür. Məsələn: əgər qan analizinizdə eritrositlər, trombositlər, leykositlər normadan yüksəkdirsə,cəmi 2 həftə su normanızı qəbul etməklə azaldığının şahidi olacaqsınız.
2.Sistit zamanı, yalnız su qəbulu ilə infeksiyaya təkrar yoluxma riski azalır
3.Qəbizlikdən əziyyət çəkənlər, normasına 500ml su əlavə etməklə 50% vəziyyəti yüngülləşdirə bilərlər
3.Daim su normasını qəbul edən insanlarda ağır böyrək xəstəliklərinə rast gəlinmir.

Bəli, suyu həddindən çox içməyi də məsləhət görmürəm. Necə deyərlər, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da.

Piylənmə mövzusunda keçirilən son beynəlxalq konqresdə də-İNSANLARA SU İÇMƏYİ, suyu düzgün seçməyi, şəkərli içkilərdən imtina etməyi öyrətmək tövsiyyə olunur.

Ödünüzün durğunlaşmasını, daşların əmələ gəlməsini, qəbizliyi, qida pozulmalarını, piylənməni və ya şəkərli diabetin yaranmasını gözləmədən-elə indi Su içməyə başlayın və sağlam vərdişlər formalaşdırın.

Azay Musayeva

DİGƏR MƏQALƏLƏR