Limfadrenaj massaj

Limfadrenaj masajı 20-ci əsrin ortalarında Fransa həkimi Paskal Koş tərəfindən icad olunmuş unikal masaj üsuludur. O, limfa axını xətləri boyunca masajın əməliyyat sonrası xəstələrdə ödemdən xilas olmasına imkan verdiyini ortaya çıxardı. Daha sonra, limfadrenaj masajı venoz çatışmazlıq, daha sonra isə kosmetologiyada selülitin müalicəsində, eləcə də bədənin ölçülərinin korreksiyasında istifadə edilmişdir.

Limfadrenaj masajının mahiyyəti dərinin müxtəlif qatllarında yerləşən çox saylı dəri reseptorlarına mexaniki təsirindədir: vətərlərə, əzələlərə, qan damarlarının divarlarına, bu və ya digər səbəbdən qeyri-aktiv olan xırda kapilyarlara təsir edir. Limfadrenaj masajı limfa və qan hərəkətini aktivləşdirir, "sevinc hormonları" - endorfinlərin sərbəst ifraz olmasını stimullaşdırır və stress hormonlarının ifrazının qarşısını alır.

İnsan toxuma və hüceyrələri qan kapilyarlarından gələn maye ilə yüklüdür. Həddindən artıq maye limfatik kapillyarların sonu ilə hüceyrələr arası boşluqlardan absorbsiya olunur və bədənin xəstəliklərə qarşı müqaviməti üçün cavabdeh olan limfaya çevrilir. Limfa bütün həyati vacib resursları- suları, mineralları, amin turşularını, metabolik məhsullarını" nəql edir.

Limfadrenaj masajı, vücudumuzdaki limfa düyünləri və limfaya təsir edir. Üz və bədənin dərisi tez-tez səpirsə və ya boşalıbsa, turqoru elastikliyini itirmişsə, ya da ödem varsa, demək limfa sistemi zərər çəkir və ya bədənin maye axını düzəni pozulmuşdur.

Limfadrenaj, limfanın və qan dövranının yaxşılaşması, hüceyrələrdən və hüceyrə arası boşluqlardan toksinləri və artıq mayeni aradan qaldırır, toxumaların düzgün bəslənməsini və normal metabolik proseslərin axını təmin edir. Bu təsir nəticəsində:
- dəri təravətlənir;
- daxili orqanların işi yaxşılaşır;
- ödem aradan qalxır;
- varikozu olan xəstələrdə damarların vəziyyəti yaxşılaşır;
- selülit azalır;
- çəki azalır;
- xroniki yorğunluq aradan qalxır -hansı ki, bu da bütün xəstəliklərin əsas səbəblərindən biri kimi sayılır.

Qeyd etmək lazımdır ki, limfadrenaj masajının nəzərə alınması vacib olan bir sıra əks-göstərişləri də vardır:

- tromboflebit;
- ağır ürək-damar xəstəlikləri;
- dəri xəstəlikləri;
- iltihabi xəstəliklər;
- nevralgiyalar;
- onkoloji xəstəliklər;
- hamiləlik.

Hədəflə bağlı olaraq, limfadrenaj masajı :
-səthi - səthi limfakapilyarları aktivləşdirir;
-proyeksiyon - limfa düyünlərinin proeksiyası sahəsini aktivləşdirir;
-dərin və ya müalicəvi - dərin limfa düyünlərini "oyadır".

Limfadrenaj masajı 2 yolla həyata keçirilir : əl və aparatla. Əl ilə limfadrenaj masajı mütəxəssis tərəfindən əl ilə edilir. Aparat limfadrenaj masajı daha effektiv olub, aşağıdakı növlərə bölünür: pressoterapiya və vakuum limfadrenajı.

Limfadrenaj masajı necə həyata keçirilməsindən asılı olmayaraq, limfa axını və venoz qan dövranını bərpa etmək, hüceyrələrarası maye və hüceyrələr arasında metabolik prosesləri yaxşılaşdırır və orqanizmdən toksinlərin çıxarılmasını sürətləndirir.

Bu prosedura müraciət etməklə sağlam və gözəl qalın!

Nərgiz Əzimova