Uşaqlarda qlaukomanın müalicəsi

Uşaqlarda qlaukoma erkən yaşlarda dönməz korluğun əsas səbəblərindən biri olan nadir bir göz xəstəliyidir. Yalnız yüksək ixtisaslı mütəxəssis tərəfindən, düzgün seçilmiş müayinə metodları ilə uşağın görmə sisteminin hərtərəfli müayinəsindən sonra vaxtında aparılan müalicə görmə funksiyasının qorunmasına kömək edə bilər.

Göz daxili maye axınına mane olan qüsurları aradan qaldırmağa istiqamətli əməliyyatlar, uşaqlarda qlaukoma müalicəsinin ən radikal və ən effektiv üsuludur.

Dərman terapiyası xəstəliyin kompleks müalicəsində əhəmiyyətli rol oynayır və göz daxili təzyiqin stabilləşdirməsini, əməliyyat sonrası çapıq toxumasının profilaktikasını, görmə funksiyasının qorunmasını, inkişafını və bərpa edici  terapiyanı  özündə cəmləyir. 

Qlaukoma şübhəsi olan və ya müəyyən diaqnoz qoyulmuş uşaqların klinik müşahidəsi zamanı isə göz daxili təzyiqin, kornea diametri və görmə funksiyalarının ölçülməsi ilə ayda bir dəfə məcburi müayinə nəzərdə tutur.

Ülviyyə Rəcəbli