Qeydiyyat
MEDXƏBƏR

30 sentyabr Dünya Beynəlxalq Karlar günüdür (International Deaf Day)

30 sentyabr Dünya Beynəlxalq Karlar günüdür  (International Deaf Day)

Sentyabrın hər son bazar günü, Dünya Beynəlxalq Karlar Günü kimi qeyd edilirdi. Bu tarix 1951-ci ildən - ilk dəfə Karlar Federasiyasının yaradılmasından dərhal sonra qeyd olundu. 2018-ci ildən etibarən isə tarix 30 sentyabra keçirildi.  

Bu günün məqsədi, karlar qarşısında duran problemlər barədə beynəlxalq ictimaiyyətin xəbərdarlığını artırmaqdır. Nəticə etibarı ilə  statistik məlumatlara görə, hər bir dokuzuncu nəfər eşitmə zəifliyindən əziyyət çəkir. Onlar travma, xəstəlik və ya anadangəlmə qusurlar hesabına eşitmə qabiliyyətini itirə bilirlər.

İlk karlıq məktəbi 1760-cı ildə Fransada təsis edilmişdir. Yerli keşiş Şarl de Lape “Jestuno” adlanan jestlər dilinin yaradıcısı oldu. Yeni dil, kar insanların bir-biri ilə ünsiyyət qurmasına və qüsurlu hiss etməməsinə imkan verən real möcüzə halına gəldi.