2222 HİV-dən qurtulmanın yeni metodu / XƏBƏR / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
MEDXƏBƏR

HİV-dən qurtulmanın yeni metodu

HİV-dən qurtulmanın yeni metodu

Amerika alimləri həftədə bir dəfə peroral qəbul oluna bilən HİV-ə qarşı preparatın yaradılması barədə məlumat veriblər. Hazırda xəstələr preparatı gündəlik qəbul etməlidirlər. BBC-nin qeyd etdiyi kimi, donuzlar üzərində aparılan uğurlu təcrübələrdən sonra tədqiqatçılar gələcək iki il ərzində insanlarda klinik testlərə başlaya bilərlər. Bu həb mədəyə düşdükdən sonra yavaş-yavaş daxilindəki aktiv maddələri azad edən bir həbdir.

Beləliklə, xarici görünüşünə görə adi tabletkadan fərqlənmir. Lakin, mədəyə düşdükdən sonra onu xaricdən əhatə edən qat əriyir, daxilindəki xüsusi struktur açılmağa başlayır. Bununlada 4 sm ölçüdə ulduz şəklində bir quruluş formalaşır. O mədədə 1 həftə müddətində qalır və stabil olaraq daxilindəki dərman maddəsini azad edir. Tərtibatçıların fikrincə, bu tip konstruksiya qidanın həzminə mane olmur. İçərisindəki dərman maddəsi tam orqanizmə qarışdıqdan sonra həb tədricən dağılaraq orqanizimdən mədə-bağırsaq yolları vasitəsi ilə xaric olur.

Donuzlarla aparılan test çərçivəsində alimlər ulduzun daxilinə 3 antiretrovirus preparatlarını yükləmişlər-doluteqravil, rillivirin və kaboteqravir. Lakin əvəllər ulduzu artıq antimalyarial dərmanla yüklənmişdilər və o iki həftə ərzində mədədə qalırdı. Bu xüsusiyyətlərinə görə alimlər bu preparatın gələcəkdə nəinki HİV-in müalicəsində, həmçinin digər xəstəliklərin müalicəsində istifadə edilə biləcəyi barədə fikirlər irəli sürürlər. Ulduzu istənilən tərkibli dərmanla yükləmək mümkündür. Lyndra şirkəti hazırda məhz bu texnologiyanın üzərində işləyir və önümüzdəki 12 ayda tətbiq etməyə çalışacaqlar. Bundan sonra, HİV-in təcrübəsi başlanmalıdır.