Qeydiyyat
MEDXƏBƏR

Qeyri-adi implant beyində əlaqələri bərpa edir

Qeyri-adi implant beyində əlaqələri bərpa edir

Mövzular: Araşdırma, Texnologiya,  Tibb


Kazan Federal Universitetinin Əsas Tibb və Biologiya İnstitutunun əməkdaşları neyronlar arasında əlaqə yarada bilən elektron vasitəçi yaratdılar, "Rossiyskaya qazeta" xəbər verir. Bu vasitə ( santimetr) böyük ölçüsü sayəsində insan beyninə implantasiya üçün uyğun deyil.

Lakin , Kazan Federal Universitetinin Əsas Tibb və Biologiya İnstitutunun tədqiqatçısı Marat Muxtarovun sözlərinə görə, gələcəkdə nanotexnologiyadan istifadə etməklə cihazı istənilən ölçüyə azaltmaq olar. Bu da, beyin zədələrinə məruz qalan insanların yeni səviyyəyə qədər bərpa olunmasına gətirib çıxaracaq.

Məlumdur ki, ağır beyin xəsarətindən sonra neyronlar arasındakı əlaqələr itirilir. Süni şəkildə yaradılmış vasitə onları bərpa etməyə kömək edəcəkdir. Bu da epileptiklərə, əzələ atrofiyasına və digər xəstəliklərə məruz qalmış xəstələrə  kömək edəcək.  Bu cihaza əsaslanan yeni süni intellekt qurğusunun inkişafı da istisna olunmur.