MEDXƏBƏR

Azərbaycan Konqreslər Bürosunun İllik tədbiri keçirildi

 Azərbaycan Konqreslər Bürosunun İllik tədbiri keçirildi

Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Turizm Agentliyinin strateji yol xəritəsi üçün nəzərdə tutulmuş Səfirlər proqramı lahiyəsi həyata keçirilmişdir.

Dekabrın 10-da Azərbaycan Konqreslər Bürosu tərəfindən “Səfirlər proqramı”nın geniş ictimaiyyətə təqdimedilmə tədbiri keçirildi. Tədbir, Azərbaycan Konqreslər Bürosunun İllik tədbiri olaraq adlandırıldı.

Tədbirdə bildirilib ki, proqramın məqsədi Azərbaycanı beynəlxalq səviyyədə təmsil edəcək xarici assosiyasiyaların üzvləri olan professorları, elmi tədqiqatçıları və elm sahəsi üzrə ölkənin tanınmış simalarını bir araya gətirməkdir.

“Səfirlər proqramı” layihəsində beynəlxalq elm aləmində ölkəmizi təblig edəcək 10 mütəxəssislərdən biri də şirkətimiz "Medvoyage Medical Tourism/ Education / MİCE-in direktoru PhD Dr. Şükürova Aygün " rəsmi olaraq seçilərək, Turizm Ammbassador" olaraq ictimayətə rəsmi olaraq təqdim olundu.

Tədbir çərçivəsində Azərbaycan Konqreslər Bürosunun bir illik fəaliyyəti barədə hesabat xarakterli məlumat verilib.

Hazırda “Səfirlər proqramı”na daxil olan mütəxəssislərin sayının 10 nəfər olduğu, lakin qarşıdakı illərdə bu sayın 30-50 nəfərədək çatmasının planlaşdırıldığı diqqətə çatdırılıb.

İşgüzar tədbirlər sənayesinin gələcək trendleri haqqında keçirilən panel müzakirələrində Rusiya Konqreslər Bürosunun direktoru Aleksey Kalaçev, Beynəlxalq Konqres və Konfranslar Assosiasiyasının Avropa üzrə meneceri Elif Balcı, işgüzar tədbirlər üzrə nüfuzlu “Enited business events” şirkətinin baş məsləhətçisi Henrik Von Arnold, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktor müavini Bəhruz Əsgərov və Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva iştirak ediblər.

Azərbaycan Konqreslər bürosunun direktoru Sevda xanıma və büronun ən önəmli kadrlarından, həmçinin bu tədbirin təşkilat komitəsinin başında dayanan Vugar Bayramov - a "MEDVOYAGE" ailəsi adından çox təşəkkür edirik.

#AmbassadorsProgram #BusinessEventsIndustry #StateTourismAgency #AzerbaijanTourismBoard