Qeydiyyat
MEDXƏBƏR

COVİD-19 -a qarşı immunitet

 COVİD-19 -a qarşı immunitet

Mövzular: Epidemiya, Tədqiqat

Alimlər koronavirusa qarşı antitellərin nə qədər yaşadığını öyrənirlər
TASS xəbər verir ki, koronavirusa qarşı antitellər infeksiyadan sağalandan təxminən 3 ay sonra bədəndən yox olurlar. Belə ki, xəstələrin bədəninə sağalmış insanların plazmasının vurulması məsələsi belə halda sual yaratmış olur: onda maksimum miqdarda antitel əldə etmək üçün nə vaxt qan almaq lazımdır. Alimlərin fikrincə, qan mümkün qədər tez götürülməlidir.

Bunlar bir sıra Avropa ölkələrində aparılmış antiitellərin ilk uzunmüddətli müşahidələrindən çıxan nəticələrdir. Mütəxəssislərin fikrincə, antitellərin kövrəkliyi səbəbindən kollektiv formada immunitetinformalaşması ehtimalı təbii olaraq azdır. Üstəlik, koronavirusun uzun müddət antitel istehsal edə biləcək hüceyrələrin meydana gəlməsinə mane olduğu bilinir.

Uzunmüddətli bir araşdırma çərçivəsində həftədə 15 koronavirus xəstəsinin qanı test edildi. Alimlər antitellərin konsentrasiyası ilə maraqlandılar. Keçmiş xəstələrin bədənindəki antitellərin konsentrasiyası üç həftə ərzində təxminən yarı azalmışdır. Nəticədə 3-4 aydan sonra SARS-CoV-2-ə qarşı antitellər demək olar ki, tamamilə yox oldu.