2222 Omikrondan ölüm sayının müqayisəsi / XƏBƏR / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
MEDXƏBƏR

Omikrondan ölüm sayının müqayisəsi

Omikrondan ölüm sayının müqayisəsi

The Telegraph: Omikrondan ölüm digər COVID-19 ştammları ilə müqayisədə aşağıdır

Omikron koronavirus ştamından ölüm digər infeksiya növləri ilə müqayisədə 75% aşağıdır. Bu barədə “The Telegraph” qəzeti Cənubi Afrikadakı Milli Yoluxucu Xəstəliklər İnstitutunun və Pretoriya Universitetinin tədqiqatına istinadən yazır.

Məqalədə qeyd edildiyi kimi, alimlər belə qənaətə gəliblər ki, “omikron”un yayılmasının ilk ocağına çevrilən Cənubi Afrikanın Tsvan şəhərində bu ştamdan ölüm nisbəti 4,5% təşkil edib.

Eyni zamanda, yeni növ koronavirusun yaranmasına qədər ölüm nisbəti 20%-dən çox olub.

Bundan əlavə, ekspertlər müəyyən ediblər ki, omikronu olan xəstələrin xəstəxanaya yerləşdirilmə müddəti orta hesabla iki dəfədən çox azalıb - orta hesabla dörd günə qədər.

https://russian.rt.com/trend/334967-medicina