Qeydiyyat
MEDXƏBƏR

Qarabağ üstündə ermənilər hansı əsas və faktla torpaq iddiaları edirlər?

Qarabağ üstündə ermənilər hansı əsas və faktla torpaq iddiaları edirlər?

Dünyada eləcə də Qafqaz, Yaxın və Orta Şərq regionunun da ermənilərin 1918-ci ilə kimi dövlətləri olmayıb.

Osmanlı imperiyasına qarşı böyük dövlətlər “erməni kartı”ndan məharətlə istifadə ediblər. Bütün tarixi faktlar sübut edir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi olub. Ermənilərin Cənubi Qafqazda, o cümlədən də Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması Rusiyanın hazırladığı strateji plana uyğun olaraq XIX əsrin əvvəllərindən başlanıb. Hələ I Pyotrun dövründə ermənilərin Cənubi Qafqaza köçürülməsi haqqında plan hazırlansa da, o vaxt bunu tam reallaşdırmaq mümkün olmamışdır. Bu planın reallaşdırılması üçün əlverişli şərait XIX əsrin əvvəllərində meydana gəlmişdir.
1804-1813 və 1826-1828-ci illərdə baş vermiş birinci və ikinci Rus-İran müharibələri nəticəsində Azərbaycan torpaqları iki imperiya arasında bölüşdürüldü: "Məhz ikinci Rus-İran müharibəsi nəticəsində bağlanmış Türkmənçay müqaviləsinin imzalanmasından sonra Qarabağ adı siyasi anlayış kimi işlədilməyə başlandı. Rusiya imperiyası “parçala və hökmranlıq et” siyasətini əldə əsas tutaraq Şimali Azərbaycanla regionun digər müsəlman və türk dövlətləri arasında əlaqəni kəsmək üçün bu regionda qeyri-müsəlman xalqları, xüsusilə də erməniləri yerləşdirməyə başladı. Bu məskunlaşdırma 1828-ci il fevralın 10-da imzalanmış Türkmənçay müqaviləsinin 15-ci maddəsinə uyğun olaraq həyata keçirilirdi.

I Pyoturun vəsiyyətində erməniləri torpaq verilməsi 

I Pyotrun erməni xalqına dövlət fərmanına (1724-cü il 10 oktyabr) görə Rusiyanın işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskən salmaları üçün yerlər ayrılmasına razılıq verilirdi. I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi. 1804-1813-cü illər Rus-İran müharibəsində Rusiyanın qələbəsi və Azərbaycanı parçalayan "Gülüstan müqaviləsi" ermənilərin köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü. 1826-1828-ci illər Rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başladı.

 Müəyyən hazırlıq tədbirləri həyata keçirildikdən sonra köçürmə başladı. İrandan köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edirdi. 1828-1829-cu il Rus-Türk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də 90 min erməni köçürüldü. İran, Türkiyə və digər Şərq ölkələrində ermənilərin Rusiyaya köçürülməsi bütün sonrakı dövr ərzində davam etdirildi.
Rusiya imperiyasında buraxılmış statistik məlumatlarda, 1897-ci ildə Rusiya imperiyasında əhalinin birinci ümumrusiya siyahıya alınmasının nəticələrinə dair nəşrlərdə – Ermənistan Respublikasının indiki ərazisində azərbaycanlıların Rusiyanın köçürmə siyasətindən sonra da əhalinin əsas hissəsini təşkil etdiyini göstərir. Belə ki, 1886-cı ildə Yelizavetpol quberniyası Zəngəzur qəzasındakı 326 kənddən 149-u azərbaycanlı (45,7 faiz), 91-i kürd (27,9 faiz) və yalnız 81-i erməni (24,8 faiz) kəndi idi. 1889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi ermənilərdən 1500 nəfər çox idi. İrəvan quberniyasında 1891-ci ildə 661,6 min nəfər əhalidən 270,4 min nəfəri (41 faiz) azərbaycanlılar idi. 1893-cü ildə bu rəqəm 276 minə, 1897-ci ildə isə 313 minə çatmışdır. 1897-ci ildə Zəngəzur qəzasında əhalinin sayı 142 min nəfər olmuşdur ki, onlardan da 71,2 min nəfəri (50,1 faiz) azərbaycanlılar, 63,6 min nəfəri (46,8 faiz) isə ermənilər idi. İndi Ermənistanın paytaxtı olan İrəvan şəhəri və İrəvan qəzasında da o dövrdəki əhalinin etnik tərkibi xüsusilə diqqəti cəlb edir. 1896-cı ildə İrəvan şəhərindəki 14,7 min nəfər əhalidən 7,2 min nəfəri (49 faiz) azərbaycanlılar, 7,1 min nəfəri (48 faiz) isə ermənilər idi. İrəvan qəzasındakı 99 min nəfər əhalidən 52,8 min nəfəri (53,5 faiz) azərbaycanlılar, 36,4 min nəfəri (46,4 faiz) ermənilər idi. 1916-cı ilin yanvarın 1-nə olan məlumata görə isə həmin regionun azərbaycanlı və erməni əhalisinin miqdarı arasındakı nisbət birinci dünya müharibəsində Qafqaz cəbhəsinin bu ərazidən keçməsinin təsiri ilə müəyyən qədər dəyişmişdir. Buna baxmayaraq yenə də bu ərazidə azərbaycanlılar əhalinin əsas hissəsini təşkil edirdi. Azərbaycanlılar İrəvan qəzasında 74,2 min nəfər (48 faiz), Zəngəzur qəzasında 119,5 min nəfər (53,3 faiz), Sürməlik qəzasında 45,9 min nəfər (31,2 faiz), Eçmiədzin qəzasında 41,3 min nəfər (24,6 faiz) və Yeni Bayazid qəzasında isə 50,7 min nəfər (29,2 faiz) olmuşdur".

“Dənizdən dənizə Böyük Ermənistan” və ya “Qara dənizdən Xəzər dənizinə kimi böyük Ermənistan” yaradılması kimi əsassız iddiaları mifik dövləti yaratmaq məqsədi ilə, ilk növbədə, türk və müsəlman xalqlarının məhvinə yönəldilmiş “ermənilik” ideyasını yayan hələ XIX əsrin axırlarında yaradılmış “Daşnaksutyun” partiyası olub: "Bu ideyanın gerçəkləşdirilməsində ermənilərin dünyanın hər yerində törətdikləri kütləvi qırğınlardan, terror aktlarından keçirdi.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Dağlıq Qarabağın erməni separatçıları 1918-ci il iyulun 22-də Dağlıq Qarabağı “müstəqil” elan etmişdilər. Ermənistan buna heç bir rəsmi münasibət bildirməmişdi. Separatçıların qərarı kağız üzərində qalmışdı. Azərbaycan hökuməti Dağlıq Qarabağdakı hadi-sələrdən xəbərdar idi, amma hökumət birinci dərəcəli vəzifə kimi, Bakının azad edilməsi məsələsi ilə məşğul idi.

Azərbaycan parlamentinin 1918-ci il dekabrın 20-də keçirilmiş iclasında deyildiyi kimi, Ermənistan hökuməti “rəsmən” bildirirdi ki, “Qarabağda işimiz yoxdur, Qarabağı istəmirik və Andranik ilə əlaqəmiz yoxdur”.

1919-cu il avqustun 15-nə qədər olan dövrdə Dağlıq Qarabağ de-fakto Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində idi. Avqustun 15-də Dağlıq Qarabağ erməni qurultayı ilə Azərbaycan hökuməti arasında bağlanan “Müvəqqəti saziş” Dağlıq Qarabağın faktiki olaraq Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində olmasını hüquqi cəhətdən təsdiqlədi.

SSRİ dövründə Dağlıq Qarabağ məsələsinin qaldırılması məsələsində SSRİ rəhbərliyi Ermmənistana birbaşa rəhbərlik etmişdir.

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Respublikasını təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövqeyinə ciddi zərbə vuruldu. Bundan başqa 1926, 1959, 1970, 1979-cu illərdə keçirilmiş siyahıya almalara görə DQMV-nin azərbaycanlı və erməni əhalisi müvafiq olaraq 10,1 və 89,1%; 13,8 və 84,4%; 18,1 və 80,5%; 23,0 və 75,9% olmuşdur.

1 dekabr 1920-ci ildə Moskva rəhbərliyinin qərarı ilə Azərbaycanın Zəngəzur mahalının çox hissəsi Ermənistana verildi. 1920-ci ildə Sovet rəhbərliyi tərəfindən qədim Azərbaycan torpağı Zəngəzurun Ermənistana verilməsi nəticəsində 44-45 km enində zolaq Araz çayına uzanaraq Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının qalan hissəsindən ayırırdı. Və bununla da böyük türk dövlətlərinin birləşməsinin qarşısı alindı.

Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qanunsuz məskunlaşması beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması kimi:

Ermənistan Respublikasının, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini, habelə AŞPA-nın Azərbaycan ərazilərinin azad edilməsi və köçkün azərbaycanlıların öz yurdlarına qayıtması barədə 1416 saylı qətnaməsini məhəl qoymaması, Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqlar prosesini təhlükə altına qoyur. 
Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma siyasəti beynəlxalq hüquq normalarına və yuxarıda göstərilən sənədlərə də ziddir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında “status-kvo” nu gücləndirməyə və bu ərazilərdə məskunlaşan ermənilərin sayını sürətlə artıraraq köçürülmüş Azərbaycan əhalisinin geri qaytarılmasına mane olmağa çalışır.

1989-cu ildəki rəsmi rəqəmlərə görə, münaqişədən əvvəl Azərbaycanın Muxtar Bölgəsi olan Dağlıq Qarabağda yaşayan ermənilərin sayı 145.450 idi.

2010-cu ilədək bu sayını 300.000 nəfərə çatdırmaq üçün İrəvan xüsusi dövlət siyasəti həyata keçirir.

Erməni mənbələri də daxil olmaqla başqa bir məlumata görə, son bir neçə il ərzində işğal altındakı Dağlıq Qarabağ bölgəsində 23.000 nəfər, habelə Laçında 13.000 nəfər, Kəlbəcərdə 700 nəfər, Zəngilanda 520 nəfər, Cəbrayılda 280 nəfər işğal altında olan yeddi rayonda məskunlaşmışdır. Erməni işğalından əvvəl bu bölgələrin ümumi əhalisi azərbaycanlılar idi. Ermənistan və Qarabağ separatçıları azərbaycanlıları evlərini tərk etməyə məcbur etdilər və bölgələrdə etnik təmizləməyə müvəffəq oldular.

Ağdam, Füzuli və digər işğal olunmuş Azərbaycan ərazilərində də Ermənistandan və dünyanın hər yerindən yüzlərlə etnik erməni ailəsi məskunlaşmışdır. İrəvanın dövlət proqramına əsasən 15.000 nəfər daha sonra Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə köçürülməli idi. 

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qeyri-qanuni məskunlaşması siyasəti bəzi beynəlxalq təşkilatların sənədlərində də öz əksini tapmışdır (BMT-nin İnsan Hüquqlarının Təqdimatı və Müdafiəsi üzrə Azlıqların İşçi Qrupu, ABŞ Qaçqınlar Komitəsi, Dünya Qaçqınlar Araşdırması) 2002-ci il Ölkə Hesabatı, Ermənistan, ABŞ Dövlət Departamenti, İnsan Hüquqları Təcrübələri üzrə Ölkə Hesabatları, Azərbaycan, 25 fevral 2004-cü il, bölmə 2 (d), ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişə ilə əlaqəli şəxsi nümayəndəsinin fəaliyyəti barədə hesabat ilə ATƏT-in Minsk Konfransı, 1 sentyabr - 31 oktyabr 2004). 
Eyni zamanda, Cenevrə Konvensiyasının 49-cu maddəsinin 6-cı bəndində göstərilmişdir: “İşğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə deportasiya və köçürə bilməz”. Demək olar ki, işğal olunmuş ərazilərdə əhalinin qeyri-qanuni deportasiyası və yerləşməsi beynəlxalq hüququ kobud şəkildə pozur.