Qeydiyyat
MEDXƏBƏR

Beynəlxalq Həkimlər Günü

Beynəlxalq Həkimlər Günü

Bəmbəyaz xalatları və ozgüvənli davranışları ilə bizlərə tezliklə sağalmağa və xoşbəxt gələcəyə ümid verən bütün həkimlərimizi təbrik edirik. MedProİnfo ailəsi Sizlərə sağlamlıq və səadət arzu edir, qoy hər zaman işiniz Sizə sevinc qazandırsın. Beynəlxalq Həkimlər gününüz mübarəkdir!!!

Tarixi:
Hər il oktyabr ayının ilk Bazar ertəsi günü, bir çox ölkədə, Beynəlxalq Həkimlər Günü (International Doctor’s Day ) qeyd olunur və bu, bütün dünyada həkimlər tərəfindən həmrəylik və güclü bir fəaliyyət günüdür. Millətindən aslı olmayaraq, hər bir  həkimin əsas məqsədi xəstələrin sağlamlığını yaxşılaşdırmaq və qoruyub saxlamaqdır.

Bu bayramın təşəbbüskarı Ümumdünya Sağlamlıq Təşkilatı (ÜST) və Beynəlxalq Tibb Humanitar təşkilat olan " sərhədsiz həkimlər"  (фр. Médecins sans frontières, MSF) olmuşdur. 


Əsas ənənələr

Beynəlxalq Doktorlar Günündə dünyanın müxtəlif yerlərində seminarlar, simpoziumlar və master-klasslar təşkil edilir. Həqiqi məsələlər qaldırılıb, dünyanın hər yerindən olan həkimlər müxtəlif məsələləri həll etməyə, onların bacarıqlarını cəmiyyətə nümayiş etdirməyə çalışırlar.